Zaxarova Klintonu Epşteynlə bağlı yalan danışmaqda ittiham etdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klintonun maliyyəçi Ceffri Epşteynin fəaliyyətindən xəbərdar olduqlarını bildirib.

Teleqraf xəbər verir ki, rusiyalı diplomat sabiq dövlət katibinin bu barədə yalan danışdığını deyib.

“Bill Klinton hər şeyi bilirdi, eləcə də Hillari Klinton. Onun bu barədə söylədikləri yalandır. Klintonların ifadələri həqiqətə uyğun deyil”, - Mariya Zaxarova qeyd edib.

Hillari Klinton bundan əvvəl bəyan etmişdi ki, Bill Klinton Ceffri Epşteynlə əlaqədə olduğu dövrdə maliyyəçinin cinayət fəaliyyətləri barədə məlumatlı olmayıb.