Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda Rusiyayönlü siyasətçilərə təzyiqlərin davam etdiyini bildirib.
Sherg.az-ın məlumatına görə, Zaxarova bildirib ki, Moskva Ermənistanın daxili işlərinə müdaxilə etmir, lakin ölkədə baş verən siyasi proseslərə biganə qala bilməz. Zaxarovanın sözlərinə görə, Rusiya ilə müttəfiqlik münasibətlərinin tərəfdarı olan siyasətçilərə qarşı “real repressiyalar” davam edir.
Diplomat bu addımların Ermənistan cəmiyyətinin Rusiya ilə əlaqələrin inkişafına olan tələbi ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Zaxarova həmçinin Avropa İttifaqının Ermənistanda Rusiyayönlü siyasətçilərə təzyiqlərə susmasını tənqid edib.