Zəhərlənmələr vüsət alıb: QTA şadlıq evlərinə daim nəzarət etməlidir - PROBLEM
Fidan Həmişəyeva
12:30 28.08.2019
Gündəm
703
Ölkədə kütləvi zəhərlənmələrin sayı artıb. Xüsusilə bölgələrdə tez-tez qida zəhərlənmələri baş verir. Belə ki, ötən gün Şəkidə toyda kütləvi zəhərlənmə olub. Toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Oxşar hadisə İsmayıllı rayonunda da baş verib. Hadisə rayonun Qəzili kəndində qeydə alınıb.
Kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində qonaqların halı pisləşib. Onlar təcili İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, zəhərlənmə ilə bağlı 30 nəfər müraciət edib. İlkin tibbi yardımdan sonra xəstələr ambulator müayinə üçün evə buraxılıb. Xəstəxanada ikisi uşaq olmaqla, dörd nəfər maüalicə alır.
Xüsusilə yay aylarında qida zəhərlənmələrinə daha çox rast gəlirik. Səbəb isə qidaların düzgün şəraitdə saxlanılmaması və yaxud vaxtı keçmiş məhsulların qəbul edilməsi olur. Bəs, bu prosesə nəzarət necə və hansı qurum tərəfindən olmalıdır ki, neqativ hallar baş verməsin?
Məsələ ilə bağlı Sherg.az-a danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, sözügedən məsələyə cavabdeh olan qurum Qida Təhlükəsizliyi Agentliyidir.
Ekspert bildirib ki, QTA-nın əsasnaməsinə görə, qida sektorunda iştirak edən, qidanı saxlayan, daşıyan və paylayan şirkətlər agentlikdə reyestrə daxil olmalıdır:
“Ümumiyyətlə, qida zəncirində iştirak edən bütün subyektlər agentliyin nəzarətində qalmalıdır. Qidanın təhlükəli olması üçün onun bir zəncirinin zəifləməsi kifayət edir. Yəni, qida yalnız yeyiləndə yox, saxlanılanda və daşınanda da zəhərli ola bilər. Əminəm ki, şadlıq evləri QTA-nın reyestrinə daxildir. Təəssüf ki, agentlik həm sertifikat verir, həm də keyfiyyətə nəzarət edir. Düşürəm ki, sertifikat verən orqanla nəzarət edən orqan ayrı olmalıdır. Bu cür zəhərlənmələr əvvələr də olurdu. Lakin Səhiyyə Nazirliyi həm sertikifat verib, həm də nəzarət etdiyi üçün informasiyaları gizlədirdi. Gərək QTA hər bir şadlıq sarayında və restoranlarda nəzarəti həyata keçirsin. Təəssüf ki, agentlik məhdud resursları ilə bunu etməyə qadir deyil. Ona görə QTA ictimaiyyətlə bərabər iş aparmalıdır.
Dəfələrlə, ictimai köməklik göstərmək üçün agentliyə məlumat vermişik . Lakin QTA ictimaiyyətlə əlaqəli iş qurmağa hazır deyil. Ona görə də zəhərlənmə ilə nəticələnən hadisələr baş verir. Bu, normal hal deyil. Əhali çox diqqətli olmalı, vaxtı keçmiş qidaları qəbul etməməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm