16 yaşlı qızı maşın vurdu

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

"Fiat" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən 2010-cu il təvəllüdlü R.Şükürovanı vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.