17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir

İstanbulun Çekmeköy rayonunda litseydə müəllim Fatma Nur Çeliki bıçaqlayaraq öldürən və 6 nəfəri yaralayan 17 yaşlı şagird Furkan Samet Bakalım haqqında istintaq tamamlanıb.

Sherg.az xəbər verir ki, iddianaməyə görə, şübhəli “vəzifəsini yerinə yetirən şəxsə qarşı, qadına qarşı və canavarca hisslərlə qəsdən öldürmə” və digər ağır ittihamlarla mühakimə olunur. Ona ümumilikdə 126 ilə qədər həbs cəzası tələb edilib.

Hadisə zamanı yaralanan şəxslər xəstəxanaya yerləşdirilib, lakin müəllim Fatma Nur Çelik bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Şübhəli isə hadisədən sonra saxlanılaraq həbs edilib.

Məhkəmə sənədlərində onun hadisəni qəsdən törətdiyi və psixi vəziyyətinin normal olduğu qeyd olunub.