19 yaşlı gənc qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib.

Qafqazinfo xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib.

Yaxınları onun insult keçirdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır