Vilayət Eyvazov: “Bu gün daxili işlər orqanları cinayətkarlığa qarşı əzmlə mübarizə aparır”
Yusif Sultanoğlu
18:44 01.07.2023
Gündəm
512
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən və təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır.
“Report” xəbər verir ki, bu, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə ölkəmizin polisinin yaranmasının 105-ci ildönümü münasibətilə təbrikində yer alıb.
Təbrikdə deyilir:
“Əziz həmkarlar!
Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü münasibətilə Sizi, hörmətli veteranlarımızı, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini ürəkdən təbrik edirəm.
Ötən müddətdə çətin sınaqlarla dolu şərəfli bir yol keçmiş polis orqanları ulu öndər Heydər Əliyevin rəhbərliyi altında peşəkar hüquq mühafizə orqanı kimi formalaşmış, ölkədə qanunçuluğun bərpasında və hüquq qaydasının qorunmasında önəmli xidmətlər göstərmiş, dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən və təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o cümlədən işğaldan azad edilmiş ərazilərdə qarşıya qoyulmuş tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşlarının qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunmuş nəticələr də məmnunluq doğurur.
Əminəm ki, öz andına sadiq olan və şərəfli polis adını həmişə uca tutan şəxsi heyətimiz bundan sonra da xalqın asayişinin keşiyində mətinliklə dayanacaq, Dövlət Başçısının etimadını doğruldacaqdır.
“Polis Günü” münasibətilə Sizə ən xoş diləklərimi çatdırır, Azərbaycan Respublikasına sədaqətli xidmətə görə hamınıza təşəkkür edir, möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıram!
Bayramınız mübarək!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm