Fransada iğtişaşlara səbəb olan polis qəddarlığının təfərrüatı məlum olub
04:33 02.07.2023
Gündəm
377
Fransada əlcəzairəsilli 17 yaşlı sürücü Nahel Merzukun Nanterdə polis zabiti tərəfindən odlu silahdan açılan atəşlə öldürüldüyü zaman həmin avtomobildə olan digər gənc oğlan həqiqəti üzə çıxarmaq üçün danışıb.
Bu barədə “Report” “Sky News”a istinadən xəbər verir.
O, bildirib ki, bu qətllə bağlı sosial mediada çoxlu yalanlar var, halbuki polis 17 yaşlı sürücünü əvvəlcə ölümlə hədələyib.
Qətl zamanı Nahelin avtomobilində olan gənc “hekayəni A-dan Z-yə danışmaq” istədiyini söyləyərək, Nanter ətrafında sürmək üçün avtomobil icarələdiklərini bildirib: "Biz spirt və ya narkotikin təsiri altında deyildik".
Yeniyetmələr avtobus zolağında hərəkətdə olarkən polis motosikletlərinin sayrışan işıqlarla onların arxasınca getdiyini görüb maşını saxlayıblar. Daha sonra zabit maşının pəncərəsinə yaxınlaşaraq Nahelə pəncərənin şüşəsini aşağı salmağı tapşırıb və o, “mühərriki dayandır, yoxsa atəş açacam”, - deyib.
Gənc iddia edir ki, zabit daha sonra Nahelə tapançanın qundağı ilə zərbə endirib, ikinci polis gələndə o da silahının qundağı ilə əlcəzairəsilli gəncə də zərbə endirib.
“Yerindən tərpənmə, yoxsa sənin başına güllə vuraram”, - deyə birinci polis Nahelin başına silah dayayıb.
Gənc iddia edib ki, digər polis zabiti “onu vur” deyib.
Şahidin sözlərinə görə, birinci zabit tapançasının qundağı ilə Naheli yenidən vuraraq, ayağını avtomobilin əyləcindən çəkməyə məcbur edib, amma əksinə, maşının irəli getməsinə səbəb olub. Bundan sonra ikinci zabit silahı ilə sürücüyə atəş açıb, ona görə də Nahel ayağını qaz əyləcinə basıb.
“Onun necə ağrıdığını, titrədiyini gördüm. Mən qorxdum, maşından düşüb, qaçdım. Düşündüm ki, məni də güllələyə bilərlər. Ona görə də qaçdım”, - oğlan bildirib.
Nanterin prokuroru Paskal Praş isə iddia edib ki, polis yeniyetməni saxlamağa çalışıb, çünki o, çox gənc görünür və avtobus zolağında Polşa dövlət nömrə nişanlı “Mercedes”i idarə edib. Yeniyetmə sürücü yolu işıforun qırmızı işığında keçib və sonra tıxacda qalıb. Prokurorun sözlərinə görə, zabit Nahel ərazidən uzaqlaşmaq istəyərkən özünü, həmkarını və digər insanları avtomobil vura biləcəyindən qorxaraq hərəkət etdiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm