MHP "İYİ"ni özünə tərəf çəkir - Hasan Oktay
13:42 12.08.2023
Siyasət
818
Hasan Oktay: "İqtidar iqtisadi böhranın müzakirə olunması əvəzinə müxalifətin dağınıqlığı, parçalanması üzərindən siyasət yürütməyə çalışır"
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı İyi Partiyanı ittifaqa çağırıb. Baxçalı “çağırdıq, evə qayıtmadınız, ölkənin xeyrinə yerli hakimiyyətlə qonşu olaq” deyib. MHP-nin Media, Təbliğat və İctimaiyyətlə Əlaqələr üzrə sədr müavini İsmail Özdemir başqan Baxçalının bir televiziya proqramına göndərdiyi mesajı sosial şəbəkədə paylaşıb. Özdemir Baxçalının 1 avqust 2019-cu il tarixində sosial mediada mesaj yayımladığını və keçmişdə MHP-dən İYİ Partiyaya keçənlərə səsləndiyini xatırladıb. Qeyd edək ki, 31 mart 2024-cü il tarixində Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Artıq Türkiyənin Ədalət və İnkişaf Partiyası təşkilatlarının bələdiyyə seçkiləri üçün şəhər səfərləri başlayıb. AK Partinin nazir, millət vəkili və digər kadrları vətəndaşlarla görüşlər keçirəcək və onların tələblərini dinləyəcəklər. Məlumata əsasən, 21 ildə görülən bütün iş və xidmətlər barədə vətəndaşlara geniş məlumat veriləcək.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay "Sherg.az"a deyib ki, Türkiyədə mayın 28-də keçirilən seçkilərdən sonra ölkə ciddi iqtisadi böhranla üz-üzə qalıb. Professorun sözlərinə görə, gələn il keçiriləcək bələdiyyə seçkisi öncəsi siyasətdə çox ciddi çalxalanmalar, hərəkətlilik olacaq: "Müxalifətin içəridən parçalanması kimi bir çox hadisələr yaşana bilər. Cümhuriyyət Xalq Partiyasının daxilindəki böhran, İYİ Partiyadakı qeyri-sabitlik və insanların fərqli gördükləri digər partiyalara üz tutması siyasəti ciddi anlamda sıxıntıya soxdu. İqtidar iqtisadi böhranın müzakirə olunması əvəzinə müxalifətin dağınıqlığı, parçalanması üzərindən siyasət yürütməyə çalışır. Ancaq gedişat çox mürəkkəbdir. Çünki iqtisadi böhran, həqiqətən, Türkiyədə hər kəs tərəfindən hiss edilməyə başlanıb. MHP sədri Dövlət Baxçalı məhz bu məqamda İYİ Partiyaya çağırış edərək ittifaq təklifini gündəmə gətirdi. Məqsədin tam olaraq anlaşılmadığı bu çağırışda bir neçə hədəf ola bilər. Birincisi, MHP sədri İYİ Partiyanı "Millət İttifaqı"ndan ayırıb "Cümhur İttifaqı"na gətirməyə çalışır. İkincisi isə yeni milliyətçi blok yaratmaq niyyəti güdür. Yəni AKP-dən ayrılaraq yeni siyasi blokla seçkiyə qatılmağı düşünür".
H.Oktayın sözlərinə görə, görünən odur ki, MHP tərəfdaşları da iqtisadi böhrandan narahatdır: "Həm sosial problemlər, dolanışığın çətinləşməsi, həm də MHP-nin iqtidarda heç bir vəzifədə təmsil olunmaması milliyətçi partiyaya könül vermiş seçicilər arasında məmnunsuzluq yaradır. Baxçalı seçiciləri nəzarətdə saxlamaq və hökumətə mesaj vermək məqsədilə İYİ Partiyaya çağırış etməklə millətçilərin daha ön plana çıxmasını təmin etməyə çalışır. İYİ Partiyanın cavabının nə olacağı maraqlıdır. Nəticə etibarı ilə əhalinin iqtisadi problemlərdən dolayı bələdiyyə seçkisində AKP-yə tərəddüdlə yanaşacağı ehtimalı yüksəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi