
Sülhməramlılar "TIR şousu"na qatılmayıb? - RƏY
15:26 12.08.2023
Siyasət
727
Zaur Məmmədov: "Erməni tərəfi agah olsun ki, bu dəfə Nikol Paşinyan Qarabağı yox, Ermənistanı uduzacaq"
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə “aksiyası”nı müşayiət etməkdən imtina edib. Sülhməramlıların komandanlığı bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur.
Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib ki, Ermənistanın və Qarabağdakı separatçıların təxribat məqsədilə hərəkət etdikləri məlumdur. Politoloqun sözlərinə görə, indiki məqamda separatçı ünsürlərə açıq dəstək vermək aşkar şəkildə tərəf seçmək anlamına gəlir:

"Yaxın günlərdə Türkiyə Prezidenti R.T.Ərdoğanla Rusiya rəhbəri V.Putin arasında görüş gözlənilir. Çox güman ki, liderlərin görüşündə Qarabağ və Laçın yolu ilə bağlı danışıqlar da baş tutacaq. Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi ilə bağlı kimin nə tələb etməsindən asılı olmayaraq, bu məsələ bitmiş sayılır. Heç bir güzəştdən söhbət gedə bilməz. 2014-16-cı illərdə Rusiya Donetsk istiqamətində humanitar konvoylar göndərəndə Qərb ölkələri buna qarşı çıxmış və digər alternativ yollar təklif etmişdilər. Ancaq indi Azərbaycanla bağlı fərqli prosesə şahidlik edirik. Azərbaycan haqlı və prinsipial mövqeyini ortaya qoyub, Ağdam-Xankəndi yolu ilə bağlı təklifini irəli sürüb. Ermənistan birtərəfli qaydada, yəni Azərbaycanla razılaşdırılmadan bizim ərazimizə "humanitar yardım" adı altında yük maşınları göndərə bilməz. Həmin TIR-lar nə daşıyır?".
Z.Məmmədov bəyan edib ki, əgər Ermənistana bir dəfə güzəşt edilsə, istəkləri artacaq: "Qarabağdakı separatçıların məqsədi "yürüş" adı ilə şou təşkil etməkdir. Bu şouların yeganə məqsədi ermənilərin reinteqrasiyasına mane olmaq, sülh danışıqlarını pozmaq, vaxtı uzatmaqdır. Amma erməni tərəfi agah olsun ki, bu dəfə Nikol Paşinyan Qarabağı yox, Ermənistanı uduzacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi