Detektiv həşəratlar 20 sirri açdı
Yusif Nəzərli
08:33 20.02.2024
Dünya
404
Entomologiya məhkəmə tibbi ekspertizasına önəmli dəstək verib. Ankara Universitetinin Ədli Tibb Elmləri İnstitutunun alimləri həşəratların ağır cinayətlərin açılmasına əhəmiyyətli dərəcədə kömək edə bildiyi qənaətindədir.
“Sherg.az”“NTV.com.tr”yə istinadən bildirir ki, son illərdə ağır cinayətlərin açılmasında həşərat və böcəklərdən istifadə olunur. Cəsədin çürüməsindən asılı olaraq hansı həşərat ona yaxınlaşırsa, şəxsin öldüyü zaman o dəqiqədən etibarən hesablanır. Məhkəmə tibbi-ekspertizada 2008-ci ildən etibarən bu üsuldan istifadə edilməyə başlanılıb. Və 20 cinayət hadisəsinin üstü bu üsulla açılıb. Çürüməkdə olan cəsədin üzərinə qonan həşəratlar ölüm vaxtını və cəsədin bir yerdən digərinə daşınıb-daşınmadığını da təsbit etməyə imkan verir. Ankara Universitetinin Ədli Tibb Elmləri İnstitutunun professoru Nihal Açıkgöz, cinayətlərdə böcəklərin hərəkətinin sübut olaraq istifadə edildiyinə dair məlumat verib. Professor qeyd edib ki, həşəratlar, böcəklər güclü qoxubilmə qabiliyyətinə malikdirlər və onların cəsədlərə doğru hərəkəti cəmi 4 dəqiqə çəkir. Böcəklər cəsədlərlə bəslənir və bu zaman yumurta qoyurlar. Yumurtalardan böcəklərin çıxması isə 20-60 dəqiqə arasında baş verir. Cəsəd tapılan zaman üzərində hansı böcəyin olması istintaqa cəsədin çürümə vaxtı və ölüm zamanı barədə dəqiq məlumat verə bilər. İstintaqçılar böcəklər vasitəsilə bunu dəqiqləşdirə bilər. Burada həşəratların növləri, cəsədin tapıldığı yer, hava şəraiti də önəmlidir. Böcəklər cəsəd üzərində 15 gün, ya da 1 ay yaşaya bilir. Bu da şəxsin nə zaman öldüyünü təyin etməyə yardımçı olur. Böcəklər və həşəratlar sayəsində şəxsin harada öldüyünü də müəyyən etmək mümkündür. Çünki şəhər yeri ilə kənd, meşəlik yerlərin həşəratları da fərqlidir. Professor bildirib ki, bu sahədə Türkiyə Avropa və ABŞ ilə eyni səviyyədə addımlayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət