
Sülh müqaviləsi bu il imzalana bilər -PROQNOZ
Yusif Nəzərli
09:43 02.03.2024
Siyasət
593
Ermənistan və Azərbaycan əsas prinsiplər üzrə artıq razılığa gəliblər
Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam edəcəyini bildirib
"Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ biliblər". Bunu Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışan Rubinyan ümid etdiyini bildirib ki, tərəflər lazımi nəticələrə nail ola biləcəklər. O xatırladıb ki, Ermənistan və Azərbaycan sülhün əsas prinsipləri üzrə artıq razılığa gəliblər. Bu, Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, suverenlik prinsipi əsasında regional kommunikasiyaların açılmasıdır: “Əgər biz iki ölkə başçılarının artıq razılaşdırdıqları prinsipləri sazişə daxil edə bilsək, o zaman sülhə tez nail ola bilərik”. Məlumat üçün deyək ki, fevralın 28-29 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Arorat Mirzoyan arasında ikitərəfli görüşlər keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib. Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd olunub.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, 28-29 fevral tarixlərində Berlində keçirilən görüşləri ümumi mənada müsbət adlandırmaq olar. Ekspertin sözlərinə görə, diqqətçəkən məqam Almaniyanın xarici işlər naziri Annalena Berbokun vasitəçi kimi bütün detallara diqqət etməsidir:
"Yəni tərəfləri narazı salacaq heç bir nüans yox idi. Nazirlərin Berlindəki “Villa Borsig”də bir araya gəlib danışıqlar aparması da mühüm məqam idi. Görünən odur ki, Berbok Bakı ilə İrəvan arasında etimad mühitinin yaranması, habelə ölkəsinin tərəfsizliyi baxımdan Bayramovla Mirzoyanın müzakirələrini həm də qeyri-rəsmi atmosferdə təşkil edib. Xatırladım ki, fevralın 16-də Münhendə Prezident İlham Əliyev, Almaniya kansleri Olaf Şolts və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan üçtərəfli görüş zamanı da Berlin bənzər həssasiyyəti göstərmiş, tərəfləri narazı salacaq nüanslara yol verməmişdi. Görüşlə bağlı digər mühüm məqam da tərəflərin nümayəndə heyətinin tərkibidir. Ceyhun Bayramovla yanaşı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev, XİN sözçüsü Ayxan Hacızadə və başqaları təmsil edib. Ermənistan nümayəndə heyətinin tərkibində isə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan, ölkənin Almaniyadakı səfiri Viktor Enqibaryan və başqaları iştirak edib. Nümayəndə heyətlərinin tərkibindən də aydın olur ki, tərəflər arasında birdən çox məsələ müzakirə edilib".

Analitikin sözlərinə görə, görüş zamanı əldə edilən mümkün razılıqlar isə bunlardır:
"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasının mümkünlüyü bir daha bütün tərəflər səviyyəsində qeyd edilib. Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam edəcəyini bildirib. Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb. Qeyd edilənlərin baş tutması üçün ilk növbədə regionda sabitlik olmalıdır. Almaniyadan fərqli olaraq isə Fransa Ermənistanı sürətlə silahlandırır və yeni müharibə üçün əlindən gələni edir. Regionda gərginlik artmayacağı və şərti dövlət sərhədində Ermənistanın təxribatları olmayacağı təqdirdə sadaladığımız məqamların icrası mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi