DQİDK və Penitensiar xidmət arasında birgə tədbirlər planı imzalanıb
17:06 21.05.2024
Gündəm
448
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi arasında birgə fəaliyyətin təşkili ilə bağlı görüş keçirilib.
"Report" xəbər verir ki, Penitensiar xidmətin Baş idarəsində keçirilən görüşdə Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov qonaqları salamlayaraq, ədliyyə naziri cənab Fərid Əhmədovun tapşırığına əsasən məhkumların, həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində dövlət qurumları ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hər zaman məhkumların vicdan və dini etiqad azadlıqlarının təmin edilməsi istiqamətində əməli addımlar atdığını bildirən nazir müavini Komitə ilə Penitensiar xidmət arasında uzun illər sıx əməkdaşlığın mövcud olduğunu, azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasında və islah işlərində birgə layihələrin uğurla icra olunduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda əsrlər boyunca müxtəlif dinlərin, etnik qrupların birgə yaşadığını, ölkədə daim dini tolerantlığın hökm sürdüyünü, konstitusion hüquqların, multikultural dəyərlərin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Uzunmüddətli birgə fəaliyyətə diqqət çəkən Komitə sədri məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin genişləndirilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, Dövlət Komitəsi birgə fəaliyyətin təşkili məqsədilə aktual məsələlərin müzakirəsinə dair mütəmadi görüşlərin, tədbirlərin keçirilməsinə hər zaman hazırdır.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, imkanlar qiymətləndirilib. Tərəflər arasında növbəti illər ərzində fəaliyyətin koordinasiya edilməsi məqsədilə birgə Tədbirlər Planı imzalanıb.
Sonda qonaqlar Penitensiar xidmətin Baş idarəsindəki yeni muzeydə Ulu Öndər Heydər Əliyev və Zəfər şəhidlərinin xatirə guşələri ilə tanış olub, xatirə şəkli çəkdiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət