
Avropa İttifaqı “TikTok” funksiyasını məhdudlaşdırır: çünki...
Yusif Nəzərli
06:04 16.08.2024
Gündəm
323
Siqaretlər qədər zəhərlidir
Avropa İttifaqı “TikTok” sosial şəbəkəsinə qarşı qadağaları sərtləşdirib. Avropa Komissiyası hələ ötən ilin fevralında öz işçilərinə iş telefonlarında “TikTok” quraşdırmağı qadağan edib. Növbəti qadağalar daha sərtdir. Məsələ burasındadır ki, “TokTok” mesajlaşma bölməsinə yeni imkanlar əlavə etməklə platformasının funksionallığını genişləndirib. Bundan sonra istifadəçilər “TikTok”un mesajlaşma bölməsində 32 nəfərdən təşkil edilmiş qrup çatlarını yarada bilərlər. Yaradılmış qrup çatında real zaman ərzində videolar paylaşmaq və onlara rəy bildirmək mümkündür.
Politoloq Elxan Şahinoğlu da deyib ki, Avropadakı rəqəmsal tənzimləyicilər, uşaqlar arasında asılılıq problemlərini əsas gətirərək, istifadəçiləri videolara baxdıqlarına və yaradıcılarla əlaqə saxladıqlarına görə mükafatlandıran yeni “TikTok” funksiyasını məhdudlaşdırıblar:

"Avropa Komissiyası bildirib ki, “TikTok” tətbiqinin əlavə versiyası olan “TikTok Lite”a qarşı məhkəmə işi açıb. Yeni proqramın əsas üstünlüyü onun 18 yaşdan yuxarı istifadəçilərə gündəlik daxil olmaqla, videolara baxmaq, paylaşımları bəyənmək və “TikTok”da dostları dəvət etməklə xal qazanmağa imkan verən çağırışlar və mükafatlar proqramıdır. İstifadəçilər bu xalları Lite tətbiqində gündəlik 85 dəqiqəyə qədər videoya baxaraq xallar qazana bilərlər. Xallar Amazon çekləri, hədiyyə kartları və ya “TikTok Coins” kimi mükafatlara çevrilə bilər. Bu, yayımçılara və məzmun yaradıcılarına hədiyyələr göndərmək üçün istifadə edilə bilən daxili valyutadır. Avropa İttifaqının daxili bazar komissarı Thierry Breton deyib ki, “biz "TikTok Lite"ın yüngül siqaretlər qədər zəhərli və asılılıq yarada biləcəyindən şübhələnirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya