“Meymun çiçəyi” kabusu: Gəmi karantinə alındı
09:46 22.08.2024
Dünya
318
Argentinada yük gəmisində “meymun çiçəyi” virusunun daşıyıcısı olan şəxs aşkarlanıb və gəmi karantin altına alınıb.
“Sherg.az”“Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bir müddətdir ki, “meymun çiçəyi” virusunun yayılmasıyla bağlı həyəcan təbili çalır. Virusa yoluxma faktı ilk dəfə Afrikada qeydə alınıb, bundan az sonra isə İsveçdə aşkarlanıb. Və virusun Afrikadan digər ölkələrə yayıldığı müəyyənləşib. Bu günlərdə isə Argentinanın Parana çayı boyunca hərəkət edən yük gəmisində bir nəfərin “meymun çiçəyi”nə yoluxduğu şübhələri təsdiqini tapıb. Gəmi qısa müddətdə karantin altına alınıb. Argentina Səhiyyə Nazirliyi Liberiya bayrağı altında üzən, Braziliyanın Santos şəhərindən Argentinanın San-Lorenzo limanına doğru hərəkət edən yük gəmisində gəmi heyətinə daxil olan bir nəfərdə “meymun çiçəyi” xəstəliyinin əlamətlərinin müşahidə edildiyini açıqlayıb. Bu şəxsin Hindistan əsilli olduğu bildirilib. Bu şəxsin sinəsində və üzündə “meymun çiçəyi”nin əlamətləri – sivilcələrdən toxuma pozulması görünüb. Argentina Səhiyyə Nazirliyi qabaqlayıcı tədbirlərin dərhal icra edilməsini və gəminin hərəkətinin dayandırılaraq karantin altına alınmasını tələb edib. Gəmi heyətinin gəmini tərk etməsinə qadağa qoyulub. Virusun əlamətləri aşkarlanmış şəxs isə digər əməkdaşlardan təcrid edilib. Gəmi hazırda Parana çayında hərəkətsiz vəziyyətdədir, gəmi heyəti isə karantin müddətinin bitməsini gözləyir. Gəminin bütün heyətindən analizlər alınıb, yoxlanmaq üçün tibb müəssisəsinə göndərilib. Ümumdünya Səhiyyə Təşkilatı “meymun çiçəyi” virusu ilə bağlı son 2 ildə, artıq ikinci dəfədir ki, həyəcan təbili çalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm