BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib
18:11 03.09.2024
Dünya
465
BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib.
"Report"un ABŞ bürosu xəbər verir ki, Sloveniyanın BMT-dəki daimi nümayəndəsi, səfir Samuel Zboqarın sentyabr ayı üçün TŞ-nin proqramını BMT-nin Nyu-Yorkdakı qərargah binasında jurnalistlərə təqdim edib.
Səfir bildirib ki, ölkəsi tarixdə ikinci dəfədir ki, quruma rəhbərlik edəcək: "Sentyabrın 9-da BMT-nin sülhməramlı əməliyyatları ilə bağlı ilk açıq debat keçirməyi planlaşdırırıq. Bununla yanaşı, Sloveniyanın baş naziri Robert Qolovun sədrliyi ilə sentyabrın 25-də yüksək səviyyəli həftə olacaq".
S.Zboqar qeyd edib ki, ay ərzində TŞ-nin gündəmində Yaxın Şərqdə davam edən münaqişə, Əfqanıstanda qadınların vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, Suriya, Yəmən və Sudanda mövcud vəziyyət olacaq:"Münaqişələrin həllində dəstəyimizi davam etdirəcəyik. Bizim müşahidələrimizə görə, münaqişələr səbəbindən məcburi köçkünlərin sayını rekord həddə çatıb. Biz aclıq və humanitar böhranın hər gün bir az daha böyüdüyü dövrdə yaşayırıq. İqlim dəyişikliyi, su qıtlığı və çirklənmə genişlənir, sülh və təhlükəsizlik təzyiq altındadır. Biz Qəzzada vəziyyəti yaxından izləməyə davam edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat