Kəlbəcər sakininin Gəncədə polis şöbəsinə aparılması ilə bağlı xəbərlərə aydınlıq gətirilib
16:15 04.09.2024
Gündəm
360
Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakininin Gəncə şəhərində əsassız olaraq saxlanılaraq polis şöbəsinə aparılması, ona qarşı təzyiqlər göstərilməsi və bağlı əsassız xəbərlər dərc olunub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə saxlanılıb.
“Sürücünün sərxoş olması barədə şübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib, İntiqam Salahov barəsində isə cərimə növündə inzibati tənbeh növü seçilib. Həmin şəxslərin döyülməsi ilə bağlı iddialar isə həqiqəti əks etdirmir. Onu da qeyd edim ki, iddialarla bağlı İntiqam Salahov aidiyyəti üzrə digər qurumlara da müraciət edib, hazırda araşdırma aparılır”, - DİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya