"ASAN xidmət" modelinin əsasında "ASAN ticarət" modeli yaradılacaq
08:38 05.09.2024
Gündəm
334
Türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün Azərbaycanın "ASAN xidmət" modelinin əsasında "ASAN ticarət" modeli yaradılacaq.
"Report" xəbər verir ki, bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Azərbaycanda fəaliyyət göstərən Türk Ticarət Mərkəzinin həmtəsisçisi Ramazan Karaşahin bildirib.
Onun sözlərinə görə, bu yeniliyin elə Türk Ticarət Mərkəzində tətbiq edilməsi nəzərdə tutulur: "Bu istiqamətdə lazımi addımlar atacağıq. Biz iş adamlarına bütün istiqamətlərdə dəstək göstərməyə hazırıq".
Xatırladaq ki, Türk Ticarət Sərgisi bu il noyabrın 7-9-da Türkiyənin Ticarət Nazirliyinin himayəsi altında fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palataları Birliyi ilə əməkdaşlığı çərçivəsində İstanbul Sərgi Mərkəzində keçiriləcək. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək, bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyır, dövlət səviyyəsində dəstəklənir. Sərgi çərçivəsində B2B görüşləri, konfranslar keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya