Rəsmi Moskva: Rusiya hərbçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil
Rəsmi Moskva: Rusiya hərbçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil
12:50 11.09.2024
Dünya
352
Regionda vəziyyət tam normallaşmamış, Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhədlərindən çıxarılması Ermənistanın təhlükəsizliyi baxımından məqsədəuyğun deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın Ermənistan hakimiyyətinin ölkənin Türkiyə və İranla sərhədində rus sərhədçilərinin yerləşdirilməsi məsələsi üzərində düşünməsi barədə bəyanatını şərh edərkən bildirib.
“Ola bilsin ki, Alen Robertoviç Nikol Vovaeviçin mətbuat konfransını çox yaxından izləməyib. 1992-ci ildə Rusiya sərhədçilərinin Ermənistanda olmasını tənzimləyən əsas sənəd respublikada Rusiya sərhəd qoşunlarının statusu haqqında müqavilədir və bu, müddətsizdir. Rusiya sərhədçiləri mövcudluqlarının aktuallığını dəfələrlə sübut ediblər. Bu xətt üzrə məhsuldar genişmiqyaslı qarşılıqlı əlaqə qurulub və görünür, bu, İrəvandakı bəzi siyasətçiləri əsəbiləşdirir. Qonşularla qeyri-sabit münasibətlər şəraitində təhlükəsizlik haqqında düşünməyə dəyər.
Mənə elə gəlir ki, yumşaq kresloda oturub ekspert olmayan adamlar mövzu ətrafında bu qədər sərbəst fikirləşəndə, bəlkə də sözü həyatını təhlükəyə qoyanlara vermək daha məqsədəuyğun olardı”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət