"Təkcə yalançının evi yanmır": Mənzillərdə yanğın halları artma səbəbi nədir?
11:40 17.01.2025
Cəmiyyət
678
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 96kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Son zamanlar mənzillərdə yanğın hadisələrinin artması ciddi bir problem olaraq gündəmə gəlir. Bu artışın səbəbi nədir?
Sualımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev “Sherg.az”a bildirib ki, yanğın hadisələrinin baş verməməsi üçün hər bir mənzildə yaşayan sakinlər tərəfindən nəzarət tədbirləri həyata keçirilməlidir:
“Qış mövsümündə mərkəzi istilik sistemi olmayan mənzillərdə elektriklə istifadə olunan qızdırıcı cihazlara tələbat artır. Bu tələbatın artması bəzən yanğın hadisələrinə səbəb ola bilir. Yanğın hadisələrinə səbəb qızdırıcı cihazların istifadəsi zamanı normadan artıq elektrik naqillərində olan yüklənmə, kustar üsulla düzəldilmiş cihazlar və yaxud izolyasiya olunmamış, calaq olunmuş elektrik naqilləri olur. Yanğın hadisələrinin qarşısını almaq üçün elektrik naqillərindən istifadə edərkən normadan artıq yüklənməyə yol verilməməlidir. Digər tərəfdən bu cihazları qoşulu saxlayıb evi, mənzili tərk etmək olmaz. Yəni uzun müddət nəzarətsiz qalmamalıdır. Həmçinin bina və mənzillərdə baş verən bir çox yanğın hadisələri qaz sızması nəticəsində partlayış hadisələri ilə bağlı olur. Bunu önləmək üçün isə qaz təsərrüfatı qaydalarının tələblərinə əməl olunmalıdır. Mənzillərdə qaz sızmasını vaxtında aşkarlamaq üçün qaz detektorları quraşdırılmalıdır. Çünki hər hansısa bir mənzildə qaz sızması varsa, elektrik naqilinin qoşulması və yaxud işığın yandırılması orada yanğınla müşahidə olunan partlayış hadisələrinə gətirib çıxara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial