Dalağının əvəzinə qaraciyərini götürdü: Həkimin səhvi ölümlə nəticələndi
13:28 04.02.2025
Hadisə
434
ABŞ-ın Florida ştatında xəstəxanada keçirilən əməliyyat böyük qalmaqala çevrilib. Dr. Tomas Şaknovski əməliyyat zamanı xəstə 70 yaşlı Uilyam Brayandanın dalağının əvəzinə qaraciyərini götürüb.
Sherg.az xəbər verir ki, bu səhv ölümlə nəticələnib və xəstəxana işçilərinin hadisəni ört-basdır etdiyi iddia edilib.
Alabamadan Floridaya gələn Uilyam Brayan həyat yoldaşı Beverli ilə tətildə olarkən sol böyründə ağrı hiss edib. Əvvəlcə əməliyyatdan imtina etsə də, ağrıları artdığı üçün əməliyyata razılıq verib. Lakin əməliyyat zamanı cərrah Tomas Şaknovskinin kritik səhvə yol verdiyi məlum olub.
Brayan ailəsinin dediyinə görə, xəstəxana işçiləri onun ölüm şəhadətnaməsinə və digər sənədlərə yalan məlumatlar yazaraq səhvini ört-basdır etməyə cəhd ediblər. Ötən həftə 4 tibb bacısı ölüm səbəbi ilə bağlı yalan məlumat verdikləri üçün məhkəməyə verilib.
Qalmaqaldan sonra Dr. Şaknovskinin tibb lisenziyası dayandırılıb. Məlum olub ki, Şaknovski əvvəllər çox ciddi səhvlərə yol verib. Onun daha əvvəl səhvən bir xəstənin mədəaltı vəzini çıxardığı və xəstənin 2023-cü ildə başqa bir əməliyyatda dünyasını dəyişdiyi bildirilib.
Uilyam Brayan ailəsi xəstəxanaya və həkim səhlənkarlığına görə məsuliyyət daşıyanlara qarşı iddia qaldırıb.
Brayan ailəsi tibbi və dəfn xərcləri, həmçinin ruhi ağrı, iztirab və ailə dəstəyinin itirilməsi üçün 50.000 dollardan çox təzminat tələb edir.
İddiada adı keçən Floridada yerləşən GenesisCare USA davam edən məhkəmə prosesini şərh etməkdən imtina edib, lakin açıqlamasında deyib: "Fikirlərimiz və dualarımız ailə və təsirlənən hər kəslədir."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya