Dohada “Mənim Azərbaycanım” adlı konsert keçirilib
Yusif Nəzərli
20:17 01.06.2025
Mədəniyyət
447
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Doha Elm və Texnologiya Universitetinin mədəniyyət sarayında müğənni Günay İmamverdiyevanın rəhbərlik etdiyi musiqi qrupunun “Mənim Azərbaycanım” adlı konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Dohadakı səfirliyimizin dəstəyi və təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Şimali Kipr Türk Respublikasının Qətərdəki diplomatik korpusunun rəhbərləri və diplomatları, Qətərdəki Türk Silahlı qüvvələrinin zabit heyəti və onların ailə üzvləri, nüfuzlu KİV təmsilçiləri, Doha Elm və Texnologiya Universitetinin tələbələri iştirak ediblər.
Əməkdar artist, muğam ifaçısı Günay İmamverdiyeva, tarzən Kamal Nuriyev, kamança ifaçısı Toğrul Əsədullayev və nağara ifaçısı Emin Cəbrayılovun iştirakı ilə keçirilmiş konsertdə Azərbaycanın zəngin musiqi irsinin nümunələri səsləndirilib.
Günay İmamverdiyevanın ifasında səsləndirilmiş “Sizə salam gətirmişəm”, “Azərbaycan”, “Vətən yaxşıdır”, “Qal sənə qurban”, “Şuşanın dağları”, “Əzizim Şirvan gözəl”, “Qarabağ”, “Yaşa, yaşa mənim xalqım”, “Azərbaycanım”, “Ay bəri bax”, “Mehriban olaq” və digər xalq mahnılarımız iştirakçıların gurultulu alqışları ilə qarşılanıb.
Tədbirdə türk diplomatların və hərbçilərin iştirakını nəzərə alan xanəndə xüsusi olaraq “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.
300-dən artıq tamaşaçının olduğu konsert iki saat davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə