6 yaşlı yeniyetmə itdən qaçarkən həyatını itirdi

Türkiyənin Yozqat bölgəsində sevgi evlərində (uşaq qayğı müəssisəsində) qalan 16 yaşlı uşaq küçə itindən qaçarkən yıxılıb başını yerə səkiyə vurub.

Sherg.az xəbər verir ki, hadisə ötən gecə Yozqat şəhər mərkəzində, Cəzaevi yolu üzərində baş verib. Sevgi evlərində qaldığı öyrənilən 16 yaşlı S.D. saat 21:30 radələrində Cəzaevi yolu Aquapark yaxınlığında piyada gedərkən küçə itinin hücumuna məruz qalıb.

S.D. qaçmağa çalışarkən yıxılıb və başını səkiyə çırpıb. Ətrafdakı şəxslərin məlumat verməsindən sonra hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.