Rusiyanın Saint Petersburg şəhərində bir binanın 7-ci mərtəbəsindən düşən uşaq bina işçisi tərəfindən havada tutularaq xilas edilib. Uşaq qısa müddət şok yaşadıqdan sonra təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb və bir ayağında sınıq olduğu bildirilib.
Sherg.az xəbər verir ki, uşağı xilas edən Özbəkistan vətəndaşı bina işçisinin isə qabırğalarında sınıq olduğu qeyd olunub. Sağlamlıq vəziyyəti yaxşı olan qəhrəman işçi Rusiyada böyük təşəkkür və diqqət qazanıb.
Məlumatlara görə, hadisə zamanı uşaq autizmli olub, atası bir il əvvəl vəfat etmiş, anası isə işdə olduğundan uşağı evdə tək qoymalı imiş.