Abşeronda əməliyyat: 14 kq narkotik aşkarlanıb
09:24 27.11.2024
Hadisə
426
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan və narkokuryerliyə cəlb edilən şəxslərə qarşı silsilə tədbirlər həyata keçirilib.
DİN-dən Sherg.az-ya verilən məlumata görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan – əvvəllər məhkum olunmuş Faiq Xudiyev Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərindən və avtomobilindən 4 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin, eləcə də narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilən yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb. İdarə əməkdaşları tərəfindən son 15 gün ərzində həyata keçirilən digər tədbirlərlə narkotiklərin satışını təşkil edən əvvəllər dəfələrlə məhkum olunmuşlar Rəhman Məmmədov, Sənan Rüstəmov, Aqşin Qubanov, Natiq Ağamirzəyev, Telman Cəfərov, Nicat Həkimov, Fərid Süleymanov və Rövşən Süleymanov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, eləcə də 150 ədəd metadon və preqabalin həbləri, həmçinin elektron tərəzilər aşkar edilib. Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi