Abşeron rayonunda ölüm hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qeydə alınıb.
Məlumata görə, şəxs qəfil halı pisləşərək yerə yıxılıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Mərhumun meyiti müvafiq ekspertiza aparılması üçün aidiyyəti quruma təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.