Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər qətlə yetirilib.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxslər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb.
Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir.
Ağcabədi Rayon Polis Şöbəsindən "Report"un Qarabağ bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.