Ağdam sakini Füzulidə minaya düşərək həlak oldu

Ağdam sakini Füzulidə minaya düşərək həlak olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Füzuli rayon Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Füzulidə çoban kimi işləyən Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb.

Nəticədə at və atın üstündə olan R.Hacıyev hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma başlanıb