Ağdamda traktorçu minaya düşdü

Ağdamda traktorçu minaya düşüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.

Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə soğan səpərkən minaya düşüb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.