ABŞ-nin Boston şəhərində yaşayan 27 yaşlı Carli Bellmer diqqətsizlik ucbatından ağrıkəsici dərman əvəzinə simsiz qulaqlığını udub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, gənc qadın gecə yataqda olarkən bir əlində dərman, digər əlində isə qulaqlıq tutub. Bir anlıq çaşqınlıq nəticəsində qulaqlığı ağzına ataraq su ilə birlikdə udub. Hadisədən dərhal sonra böyük panika yaşayan Bellmer başına gələnləri sosial şəbəkədə paylaşıb.
Maraqlı məqam isə qulaqlığın hələ də telefonla Bluetooth bağlantısında qalması olub. Bellmer dostuna səsli mesaj göndərmək istəyəndə qulaqlıq mədəsinin içində səsi səsləndirməyə başlayıb. O, sonradan “mədəmdən səs gəlirdi” deyərək yaşadığı qeyri-adi vəziyyəti izləyiciləri ilə bölüşüb.
Xəstəxanaya aparılan gəncin rentgen müayinəsindən sonra qulaqlığın həzm sistemindən təbii yolla xaric olduğu müəyyən edilib. Həkimlər bildiriblər ki, simsiz qulaqlıqlardakı litium-ion batareyalar mədə turşusu ilə təmasda ciddi sağlamlıq problemləri yarada bilərdi.