Ailə qətliamı: 4 tabut yan-yana

Manisanın Turgutlu rayonunda 28 yaşlı Ömər Coşkun, boşanmaqda olduğu həyat yoldaşı 20 yaşlı Sariye Nur Coşkun, qaynanası 41 yaşlı Fatma Girgin, qayınatası 51 yaşlı Musa Girgin və qaynı 13 yaşlı Yusuf Can Girgini silahla öldürdü.

Sherg.az xəbər verir ki, cinayətin səbəbi olaraq, toyda verilən 370 min TL-lik zinət əşyasını tələb edilməsi və bunun nəticəsində baş verən qarşılıqlı məhkəmə davaları göstərilir.

Hadisədən sonra Ömer Coşkun həbs olunub, onun atası və bir dostu isə sərbəst buraxılıb. Cənazələr İzmir Adli Tibb Mərkəzindən götürülərək Kabaçınar məhəlləsində dəfn olunub. Cənazə mərasimində ailə üzvləri göz yaşlarına boğulub, 4 tabut yan-yana qoyulub.