Alyaska sahillərində güclü zəlzələ baş verib

Alyaska yaxınlığında, Aleut adaları ərazisindəki Sakit okean akvatoriyasında 5,6 maqnitudalı yeraltı təkan qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə yerli media Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialının məlumatlarına istinadən bildirib.

ABŞ Geoloji Xidməti maqnitudanı bir qədər aşağı - 5,4 olaraq qiymətləndirib.

Episentrdəki təkanların intensivliyi çox güclü olaraq xarakterizə olunur.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.