Amerikalı aktyor Endi Dik Los-Ancelesdə küçədə opioid dərmanından dozadan artıq qəbul etməsi nəticəsində ağır vəziyyətdə tapılıb.
Axşam.az xəbər verir ki, aktyoru binanın yanında betonun üstündə oturmuş vəziyyətdə yoldan keçənlər görüblər. Onlar Diki ayıltmağa çalışıb və dərhal təcili yardım çağırıblar. Tibb işçiləri hadisə yerində ona opioid təsirinin aradan qaldırılması üçün inyeksiya ediblər. Məlumata görə, aktyor xəstəxanaya yerləşdirilməyib.
TMZ-nin məlumatına görə, Endi bir neçə ildir narkotik asılılığı ilə mübarizə aparır. O, bu səbəbdən ağrıkəsicilərdən artıq doza qəbul edib.
Qeyd edək ki, Endi Dik “Kabelçi”, “İnspektor Qacdet”, “Droad Trip”, “Ayın əməkdaşı” kimi filmlərdəki rolları ilə tanınır. Onun filmografiyasında 150-dən çox iş var. Aktyor həmçinin “Simpsonlar”, “Təcili yardım”, “Ulduz yolçuları: Voyaçer” və “Şir Kral 2: Simbanın qüruru” kimi layihələrdə də iştirak edib.