Ankarada Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan KONFRANS
18:59 07.09.2023
Hadisə
702
Ankarada Türk Ağsaqqalları Birliyi- TAİB və Türkiyədəki Azərbaycan İş İnsanları Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, “Türkiye-Türk Dünyası Yüzyılı: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib.
Qərbi Azərbaycan İcmasının sədr müavini, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi, millət vəkili Ramil Həsənin moderatorluğu ilə Ankara “Şeraton” Oteldə keçirilmiş konfransda əvvəlcə Azərbaycan və Türkiyənin diovlət himnləri səsləndirilib, şəhidlərin ruhu sükutla yad edilib. Daha sonra tədbirdə təşkilatçılar tərəfindən hazırlanmış Heydər Əliyevin 100 və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, professor Sudeif İmamverdiyev və Türkiyədə Azərbaycan İş insanları Birliyinin rəhbəri Elşən Quliyevin salamlama nitqinin ardınca konfransın çıxışlar hissəsinə keçid alınıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlardan bəhs edərək, Prezident İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasındakı proseslərin taclandırıldığını vurğulayıb. Türkiyə Parlamentinin sədri onu da qeyd edib ki, Azərbaycan- Türkiyə münasibətlərinin bugünkü ürəkaçan səviyyəsi Türkiyə yüz ilinə böyük töhfədir, həmçinin Türk dünyasının yeni yüz ilinin başlanmasının da təməlini qoyur
Hakim Ədalət və İnkişaf Partiyası(AK Parti) sədrinin birinci müvini Efkan Ala çıxışında iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin inkişafından, birgə layihələrin uğurla davam etməsindən söz açaraq, mövcud əməkdaşlıq əlaqələrinin ölkələr arasındakı münasibətlərə böyük töhfə verdiyini vurğulayıb
Milliyətçi Hərəkat Partiyasının sədr müvavini Kamil Aydın da çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsindən, iki ölkə prezidentinin milli maraqları ehtiva edən birgə xarici siyasətindən geniş bəhs edərək, əlaqələrin inkişafına bundan sonra da dəstək verəcəklərini bildirib.
Daha sonra çıxış edən Azərbaycan Parlamentinin səhiyyə komissiyasının sədr müavini , Azərbaycan- Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov , SETA akademi dorektoru, professor Fərhad Pirinççi, Erciyez Anadolu Holdinqin rəhbəri Baki Ertekin, “SOCAR- Türkiye”nin baş direktoru Elçin İbadov Türkiyə -Azərbaycan qardaşlıq əlaqələrinin Bütün Türk dünyasına nümunə olduğunu qeyd edərək, prezidentlər arasındakı sarsılmaz dostluq münasibətlərinin ümumi inkişafa töhfə verdiyini vurğulayıb, əlaqələrin təkcə siyasi müstəvidə deyil, bütün sahələr üzrə dinamik inkişafda olduğunu qeyd ediblər.
Konfransda Türkiyə Parlamentinin sədri Numan Kurtulmuşa, hakim Ədalət və İnkişaf Partiyası(AK Parti) sədrinin birinci müvini Efkan Alaya, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayaya və Milliyətçi Hərəkat Partiyasının sədr müvavini Kamil Aydına Türk Ağsaqqalları Birliyi – TAİB və Türkiyədə Azərbaycan İş adamları Birliyinin xüsusi plaketləri təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə