Astarada itkin düşmüş hesab edilən balıqçıların axtarışına helikopter cəlb olunub

Astarada itkin düşmüş hesab edilən balıqçıların axtarışına helikopter cəlb olunub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, dekabrın 9-u səhər saat 8-də balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub.

Artıq FHN-ə məxsus helikopter ərazidə axtarışlara başlayıb.