Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Məlumata görə, 2015-ci il təvəllüdlü L.A yaşadığı B.Nuriyev küçəsində yerləşən evin 7-ci mərtəbəsindəki eyvanından yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.