Bakıda həyat yoldaşından boşanmaq istəməyən qadın dələduzluğun qurbanı olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Zərnigar Məmmədova (ad-soyad şərtdiri) bunun üçün 1968-ci il təvəllüdlü, özünü falçı kimi təqdim edən Aidə Cəfərovaya (ad-soyad şərtidir) 16 297 manat ödəyib.
Belə ki, Zərnigar ailə problemlərinin həlli üçün baxıcı qadına müraciət edib.
Falçı isə 16 000 manat pul müqabilində müxtəlif dualar yazıb verməklə onların ailəsinin dağılmasının, həyat yoldaşının onu boşamasının və xarici dövlətə köçüb getməsinin qarşısını ala bicəyini bildirib.
Falçı eyni zamanda, ona verəcəyi müxtəlif növ əşyaları evində gizli bir yerdə saxlamasını deyib.
İlkin olaraq Aidə Cəfərova 790 manat məbləğində nağd pul alıb qadına 2 xaç və 2 yumuru əşya verib evdə gizlətməsini tapşırmaqla onu həyat yoldaşı ilə ailə münasibətlərinin yaxşılaşacağına inandırıb. Bundan sonra falçı Zərnigarı daha da aldadaraq, onun qızıl-zinyət əşyalarını da ələ keçirib.
Xəzər Rayonu Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qarşı tərəfə dəymiş maddi ziyanı ödədiyini bildirib. “Konstitusiya və Suverenlik İli” münasibətilə özünü falçı kimi təqdim edən qadın barəsəində amnistiya elan edilib və CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.