Bakıda fiziki zorakılığa məruz qalan şagirdin durumu ağır olaraq qalır

Aprelin 20-də Bakıda sinif yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalan şagirdin vəziyyəti hələ də ağırdır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Şagirdin vəziyyəti ağır olaraq qiymətləndirilir.