Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən var

Bakıda iki nəfər dəm qazından zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu R.Bağırov küçəsi ev 30-da baş verib.

Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova həmin ünvanın hamam otağında dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalar aparılır.