Bakıda qadınları təqib edən gənc həbs edildi
13:35 25.11.2024
Hadisə
355
Bakıda qadınları təqib edərək onlara qarşı xuliqanlıq hərəkətləri etmiş şəxsin kimliyi müəyyənləşib.
Sherg.az Publika.az-a istinadla xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin həyata keçirdiyi tədbirlərlə qadınları təqib edərək onların narahatlığına səbəb olmuş şəxsin Astara rayonu Hamuşam kənd sakini 2001-ci il təvəllüdlü Vurğun Seyfullazadə olması müəyyən edilib.
Binə qəsəbəsi Südçülük sovxozu massivində yaşayan iki qadın Vurğunun əməlləri barədə polisə şikayət edib. Onlar qeyd ediblər ki, Vurğun yaxınlaşaraq əxlaqsız sözlər deyir və evlərinin qapısına kimi gələrək xuliqanlıq edir.
Polis tərəfindən saxlanılan gənc isə Südçülük sovxozu ərazisində məhəlləyə nəzarət etdiyini, təhlükəsizliyə cavabdeh olduğunu iddia edib və qadınları da buna görə izlədiyini deyib.
Xəzər rayon Məhkəməsinin qərarı ilə o, xırda xuliqanlıq əməlində təqsirli bilinib. 23 yaşlı oğlana 10 sutkalıq həbs cəzası verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi