Barışmaq üçün görüşdü, boşanma mərhələsində olduğu həyat yoldaşını öldürdü

Türkiyənin Elazığ şəhərində Murat Çelik boşanma prosesində olduğu həyat yoldaşı Derya Çeliklə barışmaq məqsədilə görüşüb. Görüş zamanı tərəflər arasında yaranan mübahisə qısa müddətdə böyüyüb.

Sherg.az xəbər verir ki, iddiaya görə, Murat Çelik üzərində olan tapança ilə Derya Çelikə atəş açıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları qadının hadisə yerində həyatını itirdiyini müəyyən ediblər.

Derya Çelikin meyiti ekspertiza üçün xəstəxananın morquna aparılıb. Murat Çelik polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.