Bəzi tikinti şirkətləri təhlükəsizlik tədbirləri görmür: gah ayna düşür, gah kərpiz, gah da...
Fidan Həmişəyeva
11:27 13.09.2019
Hadisə
732
Yasamal rayonunda binadan iri şüşə parçası iki nəfərin üzərinə düşüb. Hadisə Cəfər Cabbarlı küçəsində baş verib.
“Globus Plaza”ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, hər iki şəxsin ağır xəsarət almasına səbəb olub. Plazadan faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.
Adətən bu kimi hallar binalarda təmir işləri gedərkən, ya da hansısa ehtiyatsızlıq zamanı baş verir. Dəfələrlə binalardan düşən ağır əşyalar insanlara xəsarət yetirib, həmçinin, onların avtomobillərinə ziyan vurub. Görünən odur ki, tikinti şirkətləri bu məsələdə lazımi təhlükəsizlik tədbirlərini görmürlər. Nəticədə tikinti gedən binadan yerə gah ayna düşür, gah kərpiz, gah da beton qırıqlarl. Bunun əziyyətini isə sadə, siravi vətəndaşlar çəkir. Çox zaman isə məlum səriştəsizliyin nəticəsində baş verən amansız, faciəvi hadisəni tikinti şirkətinin boynuna qoymaq olmur. Onlar müxtəlif əsassız arqumentlər gətirərək vəziyyətdən “ustalıq”la yayınmağa çalışırlar. Şübhəsiz ki, bu da insanlarda ciddi narazılıq və narahatlıq doğurur.
Məsələ ilə bağlı “Sherg.az”a danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, tikilməkdə olan binaya nəzarəti tikinti şirkətinin texniki təhlükəsizlik üzrə mühəndisi etməlidir.
Ekspert qeyd edib ki, həmin şəxs binanın tikintisi zamanı təhlükəsizlik işləri üçün məsuliyyət daşıyır:
“Texniki təhlükəsizlik tədbirlərinin görülməsi, işçilərin təhlükəsizlik qaydaları ilə tanış edilməsi və onlara lazımi avadanlıqların verilməsi vacibdir. Təhlükəsizlik üzrə mühəndis və tikinti şirkəti bu məsələdə məsuliyyət daşıyır. Hazırda istismarda olan binalara gəlincə isə həmin binalar layihələndirilən zaman bütün təhlükəsizlik qaydaları nəzərə alınmalıdır.
Məsələn, qırmızı xətt kənarda yerləşməlidir, standarta uyğun məsafə elə layihələndirilməlidir ki, orada yaşayan insan xəsarət almasın. Həmçinin pəncərə sınan zaman insanlara xəsarət dəyməsin deyə bəzi məqamlar standart normalarında nəzərdə tutulub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi