Böyük faciələrə "xırda" səbəb: Telefonla oynamaq, siqaret çəkmək sürücünün diqqətini yayındırır
Fidan Həmişəyeva
08:06 15.11.2019
Hadisə
1072
Başı telefona qarışan sürücü ağır qəzaya səbəb olub. Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. Hadisə aeroport şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılıb. Ardınca idarəetməni itirərək sağ, daha sonra sol tərəfdəki dəmir arakəsmələrə dəyib və dayanıb.
Hadisə nəticəsində taksi sürücüsü xəsarət alıb. Qəzaya sürücünün mobil telefona başı qarışması səbəb olub.
Sürücülərin diqqətini yayındıran və dəhşətli qəzalara səbəb olan hadisələrin yaşanmaması üçün geniş təbliğatlar aparılsa da, bədbəxt hadisələrin ardı-arası kəsilmir. Əksər yol qəzalarının arxasında sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi dayanır.
Hadisə ilə bağlı Sherg.az-a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, sürücülərin ani olaraq diqqət yayınması böyük qəzalara səbəb olur:
“Yol hərəkətinin təhlükəsizliyinə aid “2019-2023-cü illər Dövlət Proqramı”prezident tərəfindən təsdiqlənib. Bu sənədin üzərində müəyyən işlər gedir. Orada böyük bir bölmə “sürücü və nəqliyyat vasitəsi” terminini əhatə edir. Necə etmək lazımdır ki, bizdə etibarlı və peşəkar, həmçinin mədəniyyətli sürücü formuluna gəlib çataq? Ümumiyyətlə, bütün dünya ölkələrində yol nəqliyyat hadisələri olur. Amma elə hadisələr olur ki, onlar obyektiv səbəbdən yox, subyektiv səbəbdən baş verir. Subyektiv səbəb, yəni hadisələrin 70-80 faizi sürücülərin təsiri ucbatından baş verir. Çünki onlar yol hərəkəti qaydalarını pozmasalar da, hadisədən qaça bilərlər. Maariflənmə işi aparılmalıdır, peşəkar sürücü modeli bizdə yüksək səviyyədə olmalıdır. Yol hadisələrinin əksəriyyətinə səbəb olan sürücülər peşəkarlıq nöqteyi nəzərdən zəif olanlardır. Çünki peşəkar və etibarlı sürücü bilir ki, diqqəti başqa səmtə yönəltmək olmaz. Sürücülərin iki cür diqqəti var. Biri odur ki, mənalı olaraq insan öz məqsədi üçün nəzərdə tutduğu diqqətdədir. Yəni, yol nişanları və müəyyən hadisələrə yönələn diqqətdir ki, insan həmişə iradəsindən asılı olaraq bu diqqət formasında hərəkət edir. Diqqətin də həcmi, intensivliyi var. Bir də var ki, passiv diqqət. Passiv diqqət isə insanın fikrinin iradəsindən asılı olmayaraq həyəcanlanma və emosiyalara uyğun bir istiqamətə yönəlməsidir. Passiv diqqətdən biri də sükan arxasında telefonla oynamaqdır. Maşını idarə edərkən telefonla oynamaq, siqaret çəkmək və yaxud müəyyən bir formada sürücünün diqqətini kənar yerlərə yayındırmaq çox təhlükəlidir. Sürücünün diqqəti ani olaraq yayınır passiv diqqət əmələ gəlir, bir neçə saniyədə reaksiya zəifləyir və hadisə baş verir. Ona görə çalışmaq lazımdır ki, sürücülərdə passiv diqqət olmasın. Bu məsələlərdə sürücü peşəkarlılığı, etibarlılığı və mədəniyyəti vacibdir. Sürücülər bunların uğrunda mübarizə aparmalıdır. Ona görə də sürücülərin hazırlığı, maariflənməsi hər zaman olmalıdır”.
Ekspert bildirib ki, baş verən hadisədə sürücü yalnız özünə yox başqasında da ziyan edib :
“Sürücü belə hadisələr nəticəsində özünü qırağa çəkib deyə bilməz ki, “mən nə edirəmsə, özümə edirəm”. Bu, hər birimizə təsir edən amildir. Maariflənmə işi və müəyyən təbliğatların aparılması vacibdir. Sürücülərlə söhbətlər aparılmalıdır. İndi bizdə bəzi taksi sürücüləri başlı-başına buraxılıb. Bizim nəqliyyat şəbəkəsində müxtəlif sektorlara məxsus nəqliyyat vasitələri işləyir. Həmin sürücülərin hərəsinin bir xüsusiyyəti var. Taksi sürücüləri sahibkarlara məxsus sektordur və yaxud şəxsi istifadəsi olan sürücülər ən çox hadisələri törədənlərdir. Bu hadisələr elmi cəhətdən araşdırılmalıdır, maariflənmə aparılmalıdır, tez-tez təbliğatlar aparılmalıdır ki, sürücülər belə məsuliyyətsizlik ilə digərlərinə də ziyan etməsinlər. “2019-2023-cü illər Dövlət Proqramı”nda bu məsələlər əks olunub. Amma nə qədər öz üzərimizdə işləməsək və məsuliyyət hiss etməsək, belə hadisələr artacaq. Bütün halların arxasında sürücü məsuliyyəti dayanır. Hər birimiz mübarizə aparmalıyıq və ictimai fikir formalaşmalıdır ki, sürücülər məsuliyyətli olsunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi