Çexiyada avtobusla minik avtomobili toqquşdu: 10-dan çox yaralı var

Çexiyanın cənubunda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox insan xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Çexiya polisi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəza Broşov-nad-Vltavou kəndi yaxınlığında baş verib. Avtobusla minik avtomobilinin toqquşması nəticəsində 10-dan çox şəxs yaralanıb.

Polis bildirib ki, avtobusda xarici ölkə vətəndaşları olub.

Hadisə yerinə üç təcili tibbi yardım briqadası göndərilib. Yaralılara ilkin tibbi yardım göstərilir.

Qəza ilə əlaqədar magistral yolun həmin hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.