Dəhşətli qətl işi: Anasını və nənəsini 110 hissəyə bölən qadına ömürlük həbs

Türkiyənin Zonguldak şəhərində anasını və nənəsini vəhşicəsinə qətlə yetirən Rabia Çataklı barədə məhkəmə hökmü açıqlanıb.

Sherg.az xəbər verir ki, məhkəmə qərarına əsasən, 34 yaşlı Rabia Çataklı anası Şeyda Çataklı və nənəsi Medine Küçükkayanı qəsdən öldürdüyünə görə iki dəfə ömürlük həbs cəzasına məhkum edilib.

İş üzrə məhkəmədə Adli Tıp Kurumunun rəyinə əsasən, təqsirləndirilən şəxsin cinayəti törədərkən tam cinayət məsuliyyətinə malik olduğu, onun şüurunu və davranışlarını idarə etməsinə mane olacaq psixi xəstəlik müəyyən edilmədiyi bildirilib.

Hadisə 2023-cü ildə baş verib. Məlumata görə, Rabia Çataklı anası və nənəsinə əvvəlcə bıçaqla hücum edib, daha sonra cəsədləri parçalara ayıraraq bəzilərini pəncərədən çölə atıb.

Qonşuların səslər eşidərək xəbər verməsindən sonra hadisə yerinə gələn jandarma onu evdə bıçaqla saxlayıb. Hadisə ilə bağlı araşdırma və məhkəmə prosesi iki ildən çox davam edib.