Dənizdən tapdığı saatı 3 min dollara satdı

Antalyada hobbi məqsədilə 4 ildir dənizə dalan Hüseyn Fırat dərinliklərdən müxtəlif əşyalar çıxardığını bildirib. O, ən maraqlı tapıntısının 10–12 metr dərinlikdə tapdığı lüks marka saat olduğunu deyib. Saat ustası əşyanın orijinal olduğunu təsdiqləyib və saat 3 min dollara ikinci əl kimi satılıb.

Sherg.az xəbər verir ki, Fırat dalğıc zamanı qızıl-gümüş əşyalar, balıqçı ləvazimatları, mobil telefonlar və çoxlu zibil tapdıqlarını bildirib. Yararlı olan əşyaları sataraq əldə etdiyi vəsaitlə küçə heyvanlarına yem aldıqlarını qeyd edib. Dəniz dibində ən çox rast gəlinən əşyaların isə zibil və müxtəlif sehr məqsədli atılmış predmetlər olduğunu deyib.