Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.
APA-nın məlumatına görə, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 2600 manat pul oğurlayıb.
Zərərçəkən bununla bağlı polisə müraciət edib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M. Muradov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkənin övladı valideynlərinin evdə olmadığını dostuna xəbər edərək pulu oğurlamasını bildirib. Saxlanılan şəxsin taladığı maddi vəsaitlə motosiklet aldığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.