Dünən Balakəndə qəzada xəsarət alan şəxs xəstəxanada ölüb

Dünən Balakəndə baş verən ağır yol qəzasında ölənlərin sayı ikiyə çatıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov 16 dekabr axşam saatlarında müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında (RMX) dünyasını dəyişib.