Evdə yanğın! Məşhur aktrisa ölümdən döndü, xəstəxanaya aparıldı

Türkiyəli aktrisa Aslıhan Karaların yaşadığı villanın çardaq mərtəbəsində yanğın baş verib.

Sherg.az xəbər verir ki, alov qısa müddətdə bütün dam örtüyünü bürüyüb.

 Sherg.az xəbər verir ki, yanğın bu gün səhər saat 07:00 radələrində villanın çardaq mərtəbəsində hələlik müəyyən edilməyən səbəbdən başlayıb. Alov qısa müddətdə çardaq hissəsini tam nəzarətə alıb.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Qatı tüstü ilə dolu evdən çətinliklə çıxarılan Aslıhan Karalar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra tüstüdən zəhərləndiyi üçün xəstəxanaya aparılıb.

Yanğın nəticəsində evin çardaq mərtəbəsi yararsız vəziyyətə düşüb. Aktrisanın həyatı üçün təhlükə olmadığı və sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. Polis əməkdaşları yanğının başvermə səbəbi ilə bağlı araşdırmaya başlayıblar.