Faciəvi hadisə: Futbol oynayarkən halı pisləşən gənc öldü

Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Sherg.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Müsü Etibar oğlu Əliyev futbol oynayarkən qəfil halı pisləşib. Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.